XƏBƏR LENTİ
17 Yanvar 2025
16 Yanvar 2025
15 Yanvar 2025
13 Yanvar 2025
12 Yanvar 2025
10 Yanvar 2025
09 Yanvar 2025



Üçnövçülük üzrə ölkə çempionatı keçirilib
İdman 09:16 / 08.12.2024

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "İstedadlı uşaqların müəyyən edilməsi layihəsi" çərçivəsində Tofik Karayev mükafatı uğrunda üçnövçülük yarışı keçirilib.

Bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Turnirin açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov atletikada ilk addımlarını atan iştirakçılara uğurlar arzulayıb və əsas məqsədin istedadlı uşaqların müəyyən edilərək onlara lazımi dəstəyin göstərilməsindən ibarət olduğunu bildirib.

SSRİ rekordçusu, ümumittifaq dərəcəli hakim Tofiq Karayevin şərəfinə həsr olunmuş 27-ci ölkə yarışında paytaxtla yanaşı, Gəncə, Quba, Xaçmaz, Xızı, İsmayıllı, Gədəbəy, Bərdə və Astaradan olan 2011/2012-ci il təvəllüdlü 80 iştirakçı mübarizə aparıb. 60, 200 metr məsafəyə qaçış və uzunluğa tullanma üzrə mübarizənin yekununda oğlanlarda Oqtay Xudiyev, qızlarda isə Səlma Ağabəyova hər 3 növdə birinci olaraq üçnövçülüyün qalibi adını qazanıblar.

Qeyd edək ki, "İstedadlı uşaqların müəyyən edilməsi layihəsi" çərçivəsində Avropa Atletikasının dəstəyi ilə dekabrın 5-də təşkil olunmuş digər yarışda Olimpiya Mədəniyyəti və Təhsil Proqramında iştirak edən 140 məktəbli qüvvəsi sınayıb.


1991 oxunub

InvestAZ