XƏBƏR LENTİ
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025



COP29 Gənclər Evində BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi ilə görüş keçirilib
İdman 15:50 / 13.11.2024

Bu gün COP29 çərçivəsində gənclər və idman naziri Fərid Qayıbovla BMT Baş katibinin gənclərlə iş üzrə köməkçisi Felipe Paullier arasında görüş keçirilib.

COP29 Gənclər Evində baş tutan görüşdə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva da iştirak edib. Görüşün əsas məqsədi gənclərin iqlim dəyişmələri ilə mübarizədə rolunun artırılması və Azərbaycan gəncləri ilə daha sıx əməkdaşlığın növbəti addımlarının müzakirəsi olub.

Nazir Fərid Qayıbov qonağa ölkəmizdə dövlət tərəfindən gənclər üçün yaradılmış şərait, eləcə də həyata keçirilən gənclər siyasəti barədə məlumat verib. Nazir, həmçinin gənclərin dayanıqlı inkişaf, iqlim dəyişikliyi və sosial problemlərə dair qlobal həllərin tapılmasında aktiv rol oynadıqlarını və qlobal əməkdaşlığın növbəti mərhələsinə hazır olduqlarını vurğulayıb. Felipe Paullier isə BMT-nin gənclərlə bağlı siyasətinin daha da inkişaf etdirilməsi və onların beynəlxalq səviyyədə qərarların qəbul edilməsində iştirakını artırmaq üçün birgə səylərin vacibliyini və gənclərin birgə əməkdaşlığına daimi dəstək göstərməyə hazır olduqlarını bildirib.

Görüşdən sonra qonaq Gənclər və İdman Nazirliyinin COP29-un Yaşıl zonasında fəaliyyət göstərən Gənclər Evi pavilyonunu da ziyarət edib.


11913 oxunub

InvestAZ