XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



“Səbail” yeni baş məşqçisi ilə 1,5 illik müqavilə imzalayıb
İdman 15:54 / 12.11.2024

"Səbail” yeni baş məşqçisi Cavid Hüseynovla müqavilənin detallarını açıqlayıb.

Klubdan verilən məlumata görə, 36 yaşlı mütəxəssislə imzalanmış sözləşmənin müddəti 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Komanda yeni çalışdırıcının rəhbərliyi altında ilk məşqinə noyabrın 13-də çıxacaq.

Qeyd edək ki, Cavid Hüseynov son olaraq "Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb. O, "Səbail”də Şahin Diniyevi əvəzləyib.


18107 oxunub

InvestAZ