XƏBƏR LENTİ
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
30 Noyabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024



Milli Olimpiya Komitəsinin nümayəndə heyəti ANOC-un 27-ci Baş Assembliyasında iştirak edir
İdman 16:26 / 30.10.2024

Oktyabrın 30-da Portuqaliyanın Kaşkayş şəhərində keçirilən Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 27-ci Baş Assembleyası öz işinə başlayıb.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Assembleyada ölkəmizi Azərbaycan MOK-nunbaş katibi Azər Əliyev və Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırov təmsil edirlər.

Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçell, BOK-un və ANOC-un rəsmi nümayəndələri çıxış ediblər.

BOK-un prezidenti Tomas Baxın çıxışından sonra Assambleyanın ilk günündə Olimpiya Komitələri Assosiasiyasının, Dünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, İndoneziya Olimpiya Komitəsinin, Qitə Assosiasiyalarının hesabatları dinlənilib və "Deloitte" və Şəhər Rəqəmsal İdarəetmə Mərkəzinin təqdimatı keçirilib. Daha sonra Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən Paris-2024 Yay Olimpiya Oyunlarının və 2028-ci ildə Amerikanın Los-Anceles şəhərində keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarını hesabatları iştirakçılara təqdim edilib.

Assambleyanın növbəti günlərində Olimpiya Komitələri Assosiasiyasının, Beynəlxalq Dünya Oyunları Assosiasiyasının, İdman Arbitraj Məhkəməsinin, Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən 2026-cı ildə İtaliyanın Milano-Kartino şəhərində keçiriləcək XXV Qış Olimpiya Oyunlarının və Seneqalın paytaxtı Dakar şəhərində keçiriləcək IV Yeniyetmələrin Olimpiya Oyunlarının hesabatları da gündəliyə salınıb. Beynəlxalq Olimpiya Komitəsinin İdarə heyətindəki yeniliklər, MOK-larla olan münasibətlərin təkmilləşməsi, ANOC-un yeni strateji planı, XXVII Baş Assambleyasının qərarları, növbəti XXVIII Baş Assambleya, İnkişaf edən Olimpiya Proqramı: MOK-ların prespektivliyi, Təhlükəsiz idman üçün effektiv strategiyalar, Olimpiya Aİ Gündəliyi: MOK-lar üçün Aİ-nin gələcəyi haqqında mövzularda müzakirələr də nəzərdə tutulub.

ANOC-un XXVII Baş Assambleyası öz işini noyabrın 1-də başa vuracaq.



2362 oxunub

InvestAZ