XƏBƏR LENTİ
12 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
01 Noyabr 2024
31 Oktyabr 2024



İdman avtomobilləri yeni sahiblərinə təqdim olundu - FOTO
İdman 12:40 / 09.10.2024

Britaniyanın əfsanəvi pilotu Stirlinq Mossun çempion olduğu "Mercedes-Benz SLR McLaren” hərracda 3,2 milyon avroya satılıb.

Avtomobil "Bonhams” hərrac evinin oktyabrın 6-da Knokke-Heistdə keçirdiyi hərraca çıxarılıb. Avtomobil Mossun 1955-ci ildə "Mille Miglia”da qazandığı qələbəyə həsr olunub. Bu avtomobillərdən yalnız 75-i istehsal edilib və onlardan biri bu ilin iyulunda "RM Sothebys”də 3,4 milyon avroya satılmışdı.

Məlumat üçün bildirək ki, "Bonhams” hərracında daha bir böyük lot 1956-cı il istehsalı olan "Porsche 550 RS Spyder” olub. 1957-ci ildə Klod Dübo və Georges Aquin bu maşını "Le Manda 24 saat” yarışına təqdim ediblər. Lakin yanacaqdoldurma qaydalarını pozduqlarına görə onlar diskvalifikasiya olundular. Həmin idman avtomobili 2,5 milyon avroya satılıb.

"Bonhams” hərrac evi "Aston Martin One-77”nin ilk nüsxəsi üçün də 1 milyon avrodan çox pul qazanıb. Kapotun altında 559 kVt (760 at gücü) hasil edən 7,3 litrlik "Cosworth V12” ilə kupe 1,4 milyon avroya satılıb. Hərracda "Spyker” tərəfindən buraxılan ən son avtomobil "2014 C8 Spyder” olub ki, onu da 575 min avroya yeni sahibinə təqdim ediblər.



2035 oxunub

InvestAZ