XƏBƏR LENTİ
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025



Ağırlıqqaldıranlarımız Avropa birinciliyində iştirak edəcəklər
İdman 12:46 / 08.10.2024

Polşanın Raşin şəhərində keçiriləcək yeniyetmələr və 23 yaşadək gənclər arasında Avropa birinciliyində iştirak edəcək Azərbaycan ağırlıqqaldıranları müəyyənləşib.

Milli komandamız turnirdə 11 idmançı ilə təmsil olunacaq.

Yeniyetmə oğlanların mübarizəsində Elşən Məmmədov (61 kq), Qasım İsmayılov (67 kq), Mahmud Qədirov (73 kq), Ravin Əlməmmədov (81 kq), Nurlan Məmmədzadə (89 kq), qızlar arasında Rahilə Hüseynzadə (81 kq) gücünü yoxlayacaq.

U-23 oğlanların yarışında Tehran Məmmədov, Fuad Həsənov (hər ikisi 67 kq), Ömər Cavadov, Fuqan Əliyev (hər ikisi 81 kq) və Əli Şükürlü (109 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa birinciliyi oktyabrın 26-dan noyabrın 3-dək təşkil olunacaq.


12664 oxunub

InvestAZ