XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026



Tennisçilərimiz beynəlxalq yarışın ilk mərhələsində ikinci oldular
İdman 13:06 / 30.08.2024

Azərbaycanın padel tennisçiləri Tamerlan Əzizovla Yusif Rzayev "Sea Breeze Padel Cup" beynəlxalq turnirinin ilk mərhələsində 2-ci yeri tutublar.

Azərbaycan Tennis Federasiyadan verilən məlumata görə, mübarizəyə ölkəmizlə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya, Bolqarıstan, Ukrayna və Böyük Britaniyadan olan iştirakçılar qoşulublar.

32 nəfərin iştirak etdiyi yarışda Bolqarıstandan olan Vasil Mladenov - Kirill Dimitrov cütü çempion olub. Türkiyədən olan Dəniz Gürsoyla Şimşək Başaran isə 3-cü yeri tutub.

Mükafatçılara diplom və medallar təqdim olunub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirə sentyabrın 1-də yekun vurulacaq.


18123 oxunub

InvestAZ