XƏBƏR LENTİ
18 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Maqomedxan Maqomedov: "Parisə qızıl medal qazanmaq üçün gəlmişdim”
İdman 19:40 / 11.08.2024

"Parisə qızıl medal qazanmaq üçün gəlmişdim.".

Bunu sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Maqomedxan Maqomedov deyib.

97 kq çəki dərəcəsində bürünc qazanan idmançımız Paris-2024 Yay Olimpiya Oyunlarında əldə etdiyi mükafatın əyarından razı qalmayıb:

"Parisə qızıl medal qazanmaq üçün gəlmişdim. Təəssüf ki, burada alınmadı. Bürüncdən o qədər də razı deyiləm. Həmişə yüksək hədəflər uğrunda mübarizə aparan güləşçiyəm. Hər zaman Azərbaycan xalqını sevindirməyə çalışmışam. Nəticələrimizdən razı deyilik, çünki hədəflərimiz tamamilə başqa idi".

Qeyd edək ki, sərbəst güləşçilərimiz Paris-2024 Yay Olimpiya Oyunlarında 2 medal qazanıblar. Daha öncə Giorgi Meşvildişvili (125 kq) də bürünclə kifayətlənib.


21866 oxunub

InvestAZ