XƏBƏR LENTİ
19 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



Həsrət Cəfərov: "Təəssüratlarım çox yaxşıdır"
İdman 23:54 / 08.08.2024

"Hədəfim qızıl medal idi. Amma buradan əliboş dönmürəm".

Bu sözləriParis-2024 Olimpiadasının bürünc mükafatçısı Həsrət Cəfərov (67 kq) deyib.

Yunan-Roma güləşçimiz qazanılan medalı yüksək qiymətləndirib:

"Məni dəstəkləyən və qələbəmə sevinən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bürünc medal qazandığım üçün xoşbəxtəm. Amma təbii ki, qızıl medalın sevinci bir başqa olardı. Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım. Sanki güləşçilərimizin üzərində qara buludlar var idi, medal qazana bilmirdilər. İnşallah, digər güləşçilərimiz uğurun davamını gətirəcək".

Qeyd edək ki, Həsrət bürünc uğrunda Amantur İsmayılovla (Qırğızıstan) qalib gəlib.


18323 oxunub

InvestAZ