XƏBƏR LENTİ
24 Aprel 2025
23 Aprel 2025
22 Aprel 2025



Güləşçilərimizin Paris-2024-də çıxış edəcək proqramı açıqlanıb
İdman 21:30 / 04.08.2024

Sabah Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində güləş yarışlarına start veriləcək. Mübarizəyə ilk olaraq klassiklər başlayacaqlar. Bu yunan-Roma güləşi üzrə yarışların ilk gününün püşkatması keçirilib. İlk gündə Azərbaycan komandası Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130) ilə təmsil olunacaq. Mübarizəyə 1/8 finaldan başlayacaq Murad ilk görüşdə ekvadorlu Raiber Joze Rodriges Orosko, Sabah Şəriəti isə estoniyalı Helki Nabi ilə qarşılaşacaq.

Qeyd edək ki, olimpiadanın ilk günündə yunan-Roma güləşində 60 kq və 120 kq, qadın güləşində isə 68 kq çəki dərəcələrində yarışlar keçiriləcək.

Azərbaycan güləşçilərinin Paris-2024-də çıxış edəcək proqramını təqdim edirik:


9531 oxunub

InvestAZ