XƏBƏR LENTİ
11 Sentyabr 2024
10 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024



Paris-2024: 24 idmançımız olimpiadada çıxışını başa vurdu
İdman 01:54 / 04.08.2024

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının daha bir yarış gününə yekun vuruldu. Ötən gün komandamızın üzvləri üç idman növündə mübarizə apardılar. Təmsilçilərimizdən ilk olaraq mübarizəyə akademik avarçəkənimiz Diana Dımçenko başlayıb. C finalında mübarizə aparan idmançımız 2000 metr məsafəyə fərdi yarışda iştirak edib. Diana bu məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək olimpiadanı 17-ci pillədə başa vurub.

Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah da Paris Olimpiadasında mübarizəyə başlayıb. Qadınlar arasında 50 m məsafəyə sərbəst üsulla üzmə yarışlarında çıxış edən idmançımızbeşinci zolaqda26.76 saniyə nəticə göstərərək üçüncü oldu. Təəssüf ki, bu nəticə idmançımızın yarımfinala vəsiqə qazanmasına kifayət etmədi. O, 79 iştirakçı arasında 35-ci nəticə göstərərək mübarizəni dayandırdı.

Qadınlardan ibarət 3x3 basketbol millimiz üçündə günü uğursuz adlandırmaq olar. Komandamız qrup mərhələsinin sonuncu qarşılaşmasında Kanada millisinə 19:21 hesabı ilə məğlub oldu. Beləliklə, qrupu 7-ci pillədə başa vuran basketbolçularımız Paris-2024-də medallar uğrunda mübarizəni dayandırdı.

Beləliklə, Paris-2024-ə yollanan 48 idmançımızdan 28-i olimpiadaya start verib ki, onlardan da 24-ü çıxışını medalsız başa vurub. Təmsilçilərimizdlən Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) Paris-2024-ün qızıl medallarına layiq görülüb. Alfonso Dominqes (-92 kq) isə yarımfinala çıxmaqla ən azı bürünc medalı təmin edib.


2509 oxunub

InvestAZ