XƏBƏR LENTİ
26 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



AMADA Paris-2024-ə lisenziya qazanan güləşçilərimiz üçün seminar təşkil edib
İdman 15:36 / 25.07.2024

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan güləşçiləri üçün maarifləndirici seminar təşkil edib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Qubada keçirilən seminarda Paris Olimpiadasına aid antidopinq qaydaları barədə ətraflı məlumat verilib.

Bura antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, dərman preparatlarının yoxlanılması, terapevtik istifadə üçün istisna və digər mövzular daxildir.

Paris Olimpiadasında ölkəmizi təmsil edəcək güləşçilər, digər yığma üzvləri, o cümlədən məşqçilər və həkimlər AMADA-nın yeni fəaliyyətə başlayan maarifləndirici platformaları barədə də məlumatlandırılıblar.


19542 oxunub

InvestAZ