XƏBƏR LENTİ
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Paris Olimpiadasında iştirak edəcək cüdoçularımız müəyyənləşdi
İdman 18:45 / 01.07.2024
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizi cüdo yarışlarında 9 çəki dərəcəsi üzrə 2 qadın və 7 kişi idmançı təmsil edəcək.
Qadınların yarışında Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) qüvvəsini sınayacaq.
Kişilərdən ibarət heyətdə isə Balabəy Ağayev (-60 kq), Yaşar Nəcəfov (-66 kq), Hidayət Heydərov (-73 kq), Zelim Tçkayev (-81 kq), Elcan Hacıyev (-90 kq), Zelim Kotsoyev (-100 kq) və Uşangi Kokauri (+100 kq) yer alıblar.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

25170 oxunub

InvestAZ