XƏBƏR LENTİ
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025
23 Oktyabr 2025
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025



Fərid Qayıbov Çadın gənclər və idman naziri ilə görüşüb
İdman 11:06 / 28.06.2024

Gənclər və idman naziri Fərid Qayıbov Çadın gənclər və idman naziri Abakar Cermah Aumini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, Fərid Qayıbov qonağa gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaq səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova, Çadın Gənclər və İdman Nazirliyinin rəsmisi Medi Kizzi Teyl də iştirak ediblər.


16564 oxunub

InvestAZ