XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol millimiz hazırlıqlara start verib 
İdman 10:56 / 11.06.2024

Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət yığması təlim-məşq toplanışının birinci mərhələsinə start verib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, komanda ispaniyalı yeni baş məşqçi Alberto Blankonun rəhbərliyi altında Qax Olimpiya İdman Kompleksində gündə iki dəfə olmaqla taktiki və fiziki məşqlərini davam etdirir.

Toplanış iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının "B" divizionunun oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 19-dək davam edəcək.


21538 oxunub

InvestAZ