XƏBƏR LENTİ
23 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Millimiz bu gün Türkiyə yığması ilə qarşılaşacaq
İdman 11:31 / 04.06.2024

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda Türkiyə yığmasını qəbul edəcək. "Liv Bona Dea Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Matçın baş hakimi danimarkalı Nanna Andersen olacaq.

Milli komanda səfərdə qardaş ölkəyə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qrup mərhələsinin ilk üç turundan sonra Türkiyə seçməsi 6 xalla ikinci, Azərbaycan yığması isə 1 xalla sonuncu – dördüncü pillədə yer alıb.


23512 oxunub

InvestAZ