XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün millimizin AVRO-2026-nın seçmə mərhələdəki rəqibləri müəyyənləşəcək
İdman 10:41 / 30.05.2024

Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə Avropa çempionatının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:15-də start götürəcək. Vitali Borisovun rəhbərlik etdiyi yığma üçüncü səbətdə yer alacaq.

40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək. Final mərhələsində bu iştirakçılara ev sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli komanda Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2026-cı il yanvarın 18-dən fevralın 8-dək təşkil olunacaq.


21290 oxunub

InvestAZ