XƏBƏR LENTİ
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş voleybol çempionatı keçirilir
İdman 20:32 / 27.05.2024

Sumqayıt Regional Voleybol Klubunun (RVK) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş yeniyetmə qızlar və oğlanlar arasında daxili çempionat start götürüb.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində federasiyanın prezidenti Şahin Bağırov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, AVF rəsmiləri və digər qonaqlar iştirak ediblər. Çıxış edən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və AVF prezidenti Şahin Bağırov bütün iştirakçılara uğurlar arzu ediblər. Voleybolun ölkəmizdə çox sevildiyi bildirilib, bu idman növünə marağın artırması məqsədilə paytaxtla yanaşı, digər şəhər və rayonlarda da müxtəlif layihələr həyata keçirildiyi vurğulanıb.

Çıxışlardan sonra turnirin ilk qarşılaşmalarına start verilib.

Qeyd edək ki, yarışda Sumqayıt RVK-nın tərkibinə daxil olan Qusar, Quba, Şabran, Sumqayıt, Xaçmaz və Siyəzəndən komandalar mübarizə aparır.
21491 oxunub

InvestAZ