XƏBƏR LENTİ
24 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Yunan-Roma güləşi üzrə millimiz Avropa çempionu oldu
İdman 21:24 / 22.05.2024

Bakıda keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışlarayekun vurulub.

Millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb.

Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. Yarışda toplanan xallara görə də özünün ən yaxşı nəticəsini əldə edən millimiz ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.


22323 oxunub

InvestAZ