XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024
23 May 2024



“Prezident Kuboku-2024”də 20-dən çox ölkə mübarizə aparacaq
İdman 13:53 / 23.04.2024

Aprelin 30-dan mayın 3-dək ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan avarçəkmə üzrə  "Prezident Kuboku 2024” beynəlxalq reqatası keçiriləcək. 4 gün davam edəcək marafonda 20-dən çox ölkədən - Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistandan olan komandalar iştirak edəcək. 

Reqatanın rəsmi paradı aprelin 30-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. Parad saat 14:00-dən etibarən başlayacaq. "Prezident Kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar 1 may tarixində tarixi torpağımız Suqovuşanda təşkil olunacaq. Suqovuşan su anbarında 200 və 500 metr məsafədə kayak-kanoe yarışları olacaq. Reqata 2-3 may tarixlərində Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Mayın 3-də Mingəçevirdə "Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı, son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. Xatırladaq ki, "Prezident Kuboku” reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.


3599 oxunub

InvestAZ