XƏBƏR LENTİ
30 May 2024
29 May 2024
28 May 2024
27 May 2024
24 May 2024
23 May 2024



Sensasiya: dünya çempionu mübarizəni dayandırdı
İdman 22:56 / 21.04.2024

2023-cü ilin snuker üzrə belçikalı dünya çempionu Luka Bresel bu mövsüm dünya çempionatındakı çıxışını başa vurub. O,1/16 final qarşılaşmasındadünya reytinqində 31-ci olan ingiltərəli Devid Gilbertə uduzub.Görüş 9:10 hesabı ilə başa çatıb.

Qeyd edək ki, görüş zamanı Bresel ilk sessiyadan sonra 6:3 hesabı ilə öndə olub, ikinci oyunda isə Qilberti 9:6 hesabı ilə qabaqlayıb.

David Gilbert dünya çempionatının 1/8 final mərhələsinin ilk iştirakçısı olub. İdmançı 1/4 finala çıxmaq üçün ya ingiltərəli Robert Milkins (16), ya da çinli Pan Junxu (27) ilə mübarizə aparacaq.


3516 oxunub

InvestAZ