XƏBƏR LENTİ
28 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Qian Fransesko Lupatelli : “İnanıram ki, Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”
İdman 19:01 / 21.04.2024

"Bakıda olmaqdan çox xoşbəxtəm. Azərbaycanı, xüsusilə də Gəncə şəhərini yaxşı tanıyıram”.

Bu sözləri Avropanın İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti və yaradıcısı Qian Fransesko Lupatelli "Bakının 2026-cı ildə dünyanın idman paytaxtına namizədliyi” mövzusunda təşkil olunan mətbuat konfransında deyib.

O, Bakıya 9 fərqli ölkədən nümayəndə heyəti ilə gəldiklərini bildirib: "Bakı-2026 idman paytaxtına namizədlik üçün gözəl təqdimat nümayiş etdirdi. Buna görə Gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. Ölkənizin idmanın inkişafında rolu danılmazdır. İnanıram ki, Avropa Parlamenti tərəfindən Bakı 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcək”.
22945 oxunub

InvestAZ