XƏBƏR LENTİ
22 Oktyabr 2025
21 Oktyabr 2025
20 Oktyabr 2025
19 Oktyabr 2025
18 Oktyabr 2025
17 Oktyabr 2025
16 Oktyabr 2025



Edin Terziç: ""Atletiko" kimi güclü komandaya qalib gəlməyə layiq idik"
İdman 13:09 / 17.04.2024

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında "Atletiko" ilə görüşdəki qələbəni şərh edib. "Mən çox xoşbəxtəm, komandamla fəxr edirəm. Atmosfer gözəl idi. Bu gün biz yaxşı oynadıq və yarımfinala vəsiqə əldə etdik. Qürurla demək istəyirəm ki, biz «Atletiko» kimi güclü komandaya qalib gəlməyə layiq idik.

İndi PSJ-yə qarşı oynayırıq. İlk oyunda onlara qarşı zəif oynadıq. İkinci görüşdə qələbəyə daha yaxın olduq. Düşünürəm ki, bu gün qrup mərhələsində PSJ ilə görüşlərdəkindən dədaha yaxşı oynadıq”, - UEFA-nın rəsmi saytı məşqçidən sitat gətirib.



17815 oxunub

InvestAZ