XƏBƏR LENTİ
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



Bu gün Çempionlar Liqasının son yarımfinalçıları müəyyənləşəcək
İdman 10:56 / 17.04.2024

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasın növbəti yarımfinalçıları müəyyənləşəcək.

1/4 final mərhələsinin son oyunlarından biri İngiltərədə, digəri isə Almaniyada təşkil olunacaq. "Mançetser Siti” İngiltərədəki "Etihad” stadionunda İspaniyanın "Real” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk oyunda 3:3 hesabı qeydə alınmışdı.

Gecənin digər maraqla gözlənilən oyununda Bundestim təmsilçisi "Bavariya”klubu "Alyans Arena”da İngiltərənin "Arsenal” klubunu sınağa çəkəcək. Bu komandalar arasında Londonda keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi -2:2.

Bu cütlərin qalibləri yarımfinal mərhələsində bir-birinə rəqib olacaqlar.

Xatırladaq ki, 1/4 finalın digər iki oyunundan sonra Fransanın PSJ və Almaniyanın "Borussiya Dortmund” komandaları mərhələ adlayaraq yarımfinala yüksəliblər.


18736 oxunub

InvestAZ