XƏBƏR LENTİ
22 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Olimpiya Təsnifat turniri: Millimiz qrupda sonuncu oyununu keçirdi
İdman 16:02 / 13.04.2024
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununu keçirib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamız B qrupunun üçüncü matçında Niderland kollektivi ilə üz-üzə gəlib.
Daha əvvəl yarımfinal mərhələsinə vəsiqəni təmin edən komandamız rəqibinə 11:15 hesabı ilə uduzub.
Qeyd edək ki, yarımfinal və həlledici oyunlar aprelin 14-də keçiriləcək. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

20393 oxunub

InvestAZ