XƏBƏR LENTİ
18 Sentyabr 2025
17 Sentyabr 2025
16 Sentyabr 2025
15 Sentyabr 2025
14 Sentyabr 2025
13 Sentyabr 2025
12 Sentyabr 2025
11 Sentyabr 2025



Yeniyetmə cüdoçularımız Berlində tatami üzərinə çıxacaqlar
İdman 16:39 / 12.04.2024

Aprelin 13-14-də Almaniyanın paytaxtı Berlində cüdo üzrə Avropa Kuboku yarışı keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 37 ölkədən 776 idmançının iştirak edəcəyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayacaqlar. 

Komandamız turnirdə yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərliyi 7 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunacaq. Yığmamızın heyətində Bahadır Feyzullayev, Rüstəm Qasımzadə, Məhəmmədəli Hüsiyev (hamısı 50 kq), Yusif Qüdrət (55 kq), Mirxaliq İsgəndərov, Özqan Quliyev, Nihad Rəhimov, Fərid Qarayev (hamısı 60 kq), Ümid Qurbanov, Kənan Sadıqov, Sadiq İsgəndərov (hamısı 66 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməmmədov, Mehdi Abbasov (hər ikisi 81 kq) və Sübhan Axundov (+90 kq) tatami üzərinə çıxacaq. 



15610 oxunub

InvestAZ