XƏBƏR LENTİ
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024
10 Aprel 2024
09 Aprel 2024



“Neftçi” İdman Klubunun təmsilçiləri ilin ilk üç ayı ərzində 256 medal qazanıblar
İdman 15:12 / 02.04.2024

"Neftçi” İdman Klubunun təmsilçiləri həmişə olduğu kimi, bu il də müxtəlif yarışlarda uğurlu çıxışlarını davam etdirməkdədirlər.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, atletlərimiz ilin birinci rübündə əldə etdikləri medalların sayına görə yenə də ölkədə
fəaliyyət göstərən idman qurumları arasında liderliklərini qoruyub. İlin ilk üç ayı ərzində ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda inamla mübarizə aparan"Neftçi” İdman Klubunun təmsilçiləri82-si qızıl, 71-i gümüş və 103-ü bürünc olmaqla,ümumilikdə 256 medala sahib olublar. Klubun üzvləri dünya yarışlarında 1 qızıl medal, Avropa yarışlarında 23 (10 qızıl, 6 gümüş, 7 bürünc), beynəlxalq turnirlərdə isə 59 medal (18 qızıl, 17 gümüş, 24 bürünc) qazanıblar. Respublika səviyyəliyarışlarda 93 medal (24 qızıl, 27 gümüş, 42 bürünc) əldə edən klubun
yetirmələri paytaxt yarışlarında 42 (13 qızıl, 15 gümüş, 14 bürünc), digər yarışlardaisə 38 dəfə (16 qızıl, 6 gümüş, 16 bürünc) fəxri kürsüdə yer alıblar.


762 oxunub

InvestAZ