XƏBƏR LENTİ
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025
27 Dekabr 2025



"İdman həftəsi" çərçivəsində şahmat yarışı keçirilib
İdman 23:39 / 28.02.2024
Fevralın 28-də "İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə səfirliklər və diplomatik nümayəndəliklərin əməkdaşları arasında şahmat yarışı keçirilib. 

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, açılış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb. Tədbirə onlayn qoşulan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da belə turnirin təşkilindən məmnunluğunu ifadə edib.

Rəsmi çıxışlardan sonra yarış açıq elan olunub. 14 iştirakçı arasında keçirilən yarışın yekun nəticələrinə görə İlham Kazimov (Beynəlxalq Miqrasiya Təşkilatı, 7 xal) birinci olub. Zəlimxan Qaysumov (Rusiya, 6 xal) yarışı ikinci, Reyhan Talibova (Birləşmiş Millətlər Təşkilatının Qaçqın Agentliyi, 4,5 xal) isə üçüncü pillədə başa vurublar.

20630 oxunub

InvestAZ