XƏBƏR LENTİ
05 Mart 2024
04 Mart 2024
03 Mart 2024
01 Mart 2024
29 Fevral 2024



BCF Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramına yekun vurulub
İdman 17:20 / 09.02.2024
Fevralın 9-da  Azərbaycan Cüdo Federasiyasının (ACF) idman zalında Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının məşqçi sertifikat proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.
Mərasimdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının prezidenti, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, Beynəlxalq Cüdo Federasiyası Akademiyasının direktoru Envik Qalea, ACF rəsmiləri və cüdoçular iştirak ediblər. 
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov belə bir seminarın növbəti dəfə ölkəmizdə uğurla təşkil olunduğu üçün federasiya rəhbərliyinə təşəkkür edib. Nazir belə kursların məşqçilər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə çıxış edən Rəşad Nəbiyev isə Azərbaycan Cüdo Federasiyasının son illər ərzində məşqçilərin beynəlxalq standartlara uyğun kurslarda iştirakı və federasiyanın ümumi aktivliyi haqqında məlumat verərək belə tədbirlərin təşkilinə xüsusi əhəmiyyət daşıdığını qeyd edib. 
Tədbirdə çıxış edən MOK-un baş katibi Azər Əliyev ölkəmizdə cüdonun inkişafı baxımından tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.
BCF Akademiyasının direktoru Envik Qalea çıxışında sertifikat alan bütün məşqçilərə uğurlar arzulayıb. 
Sonra proqramı uğurla başa vuran məşqçilərə sertifikatlar təqdim olunub. Sertifikatları ACF-in prezidenti Rəşad Nəbiyev, Gənclər və İdman naziri Fərid Qayıbov, MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova, baş katibi Azər Əliyev, ACF-in vitse-prezidenti Elnur Məmmədli, BCF Akademiyasının direktoru Envik Qalea təqdim edib.
Xatırladaq ki, ötən il də BOK-un Olimpiya Həmrəyliyinin dəstəyi ilə 80 məşqçi eyni tipli kurslarda iştirak etmişdi.
Bu kurslarda Azərbaycanın müxtəlif bölgələrindən 63 və eyni zamanda başqa ölkələrdən də məşqçilər iştirak ediblər. Kursları həyata keçirmək üçün Beynəlxalq Cüdo Federasiyasının Akademiyasından 10 xarici ekspert ölkəmizə səfər edib.
Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi və Beynəlxalq Cüdo Federasiyasının dəstəyi, həmçinin Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilib.

1011 oxunub

InvestAZ