XƏBƏR LENTİ
05 Mart 2024
04 Mart 2024
03 Mart 2024
01 Mart 2024
29 Fevral 2024



Basketbol millisinin məşqçilər korpusunda dəyişiklik edildi
İdman 15:34 / 06.12.2023

Basketbol üzrə kişilərdən ibarət yığma komandanın baş məşqçisinin adına aydınlıq gəlib. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, milli komandanın baş məşqçi vəzifəsinə uzun illər Azərbaycan basketboluna yığma və klub səviyyəsində həm oyunçu, həm də məşqçi kimi xidmət göstərmiş Tahir Baxşıyev gətirilib. Təcrübəli mütəxəssis eyni zamanda NTD-İNDİQO klubunun da baş məşqçisi funsksiyasını yerinə yetirir. "Neftçi” klubunun baş məşqçisi Anar Sarıyev isə birinci köməkçi məşqçi vəzifəsində təyin olunub. Bundan əlavə, yığmamızın məşqçilər korpusunda ispaniyalı mütəxəssis Alberto Blanko da yer alacaq. Sonuncu iş yeri İspaniyanın ikinci liqasında (LEB GOLD Spain) çıxış edən Kaseres klubunun əsas meneceri və idman direktoru olan Alberto Blanko yığmamızda ikinci köməkçi məşqçi kimi çalışacaq. Avropa basketbolunu yaxından tanıyan 53 yaşlı mütəxəssisin əsas vəzifələrindən biri rəqib komandaların oyunçularını dərindən təhlil etmək və yerli məşqçilərimizlə birlikdə onlara qarşı əks həmlələr hazırlamaq olacaq.

Qeyd edək ki, yeni məşqçilər korpusunun ilk sınağı 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsinə təsadüf edəcək. Komandamız 2024-cü il fevralın 22-də İsveçrə ilə üz-üzə gələcək.


2852 oxunub

InvestAZ