XƏBƏR LENTİ
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023



“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi yekunlaşdı
İdman 15:44 / 08.06.2023

Ümummil lilider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.

Qəbələ İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə eyni məkanda yekunlaşıb.

İdmançılar Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər. 75 velosipedçi arasında finişə birinci çatan niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub.

Qalibə fəxri kürsüdə mükafatını Qəbələ icra başçısı Səbuhi Abdullayev təqdim edib.

İlk iki turdan sonra ümumi reytinqə başçılıq edən bolqarıstanlı Martin Papanov sarı formanı özündə saxlayıb.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb. İyunun 9-da isə Qəbələdən Gəncənin mərkəzinə qədər 170 km yol qət ediləcək.



4376 oxunub

InvestAZ