XƏBƏR LENTİ
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Paris Olimpiadasına biletlərin 70 faizi satılıb
İdman 10:48 / 25.05.2023

Paris-2024 Yay Olimpiya Oyunlarına 6,8 milyon bilet satılıb.Bu barədə Paris-2024 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi məlumat yayıb. Paris-2024 üçün nəzərdə tutulan 10 milyon biletin təxminən 70 faizi satılıb. Mayın 11-dən 19-dək bilet satışının ikinci mərhələsi keçirilib. Həmin vaxt 1,89 milyon bilet sahibini tapıb.

Biletlərin 178 ölkədən alındığını bildirən Təşkilat Komitəsi qeyd edib ki, satılmış biletlərin təxminən 60 faizinin qiyməti 100 avrodan az və ya ona bərabərdir.

Fevralın 15-dən martın 9-dək keçirilmiş birinci mərhələdə 3,25 milyona yaxın bilet satılıb.

Təşkilat Komitəsi Paralimpiya Oyunlarına bilet satışına oktyabrın 9-da başlanacağını və biletlərin yarısının qiymətinin 25 avrodan az olacağını açıqlayıb.



21820 oxunub

InvestAZ