XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



20-dək ölkənin avarçəkənləri “Prezident Kuboku-2023” reqatasında bir araya gələcək
İdman 12:44 / 01.05.2023

Mayın 4-7-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əiyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023” beynəlxalq reqatası təşkil ediləcək. Suqovuşan və Mingəçevirdə keçiriləcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı iştirak edəcək.

Yarışlardan bir gün əvvəl mayın 3-də Mingəçevir şəhər Heydər Əliyev prospektində komandaların rəsmi paradı olacaq. Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər. "Prezident Kuboku-2023” beynəlxalq reqatası mayın 4-ü tarixi torpağımız Qarabağın ən gözəl yerlərindən olan Suqovuşanda start götürəcək. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən Suqovuşan su anbarında yarışların açılış mərasimi, həmçinin kayak və kanoe üzrə 200, 500 metr məsafəyə yürüşlər təşkil olunacaq. Yarışların növbəti iki günü, 5-6 may tarixlərində Mingəçevir "Kür” Olimpiya Tədris-İdman mərkəzində davam edəcək.

Reqatanın bağlanış mərasimi isə mayın 7-si Bakıda təşkil olunacaq. Bakı Bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında keçiriləcək mükafatlandırma mərasimi ilə yanaşı, paytaxt sakinlərini möhtəşəm şou proqram gözləyir.

Xatırladaq ki, "Prezident Kuboku” reqatası bu il ilk dəfə olaraq Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Reqatanı izləmək üçün müxtəlif xarici dövlətlərin avarçəkmə federasiyalarının, həmçinin beynəlxalq federasiyaların rəhbər şəxsləri ölkəmizə gələcək.
9289 oxunub

InvestAZ