XƏBƏR LENTİ
01 Aprel 2023
31 Mart 2023
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023



Paytaxtımızın ev sahibliyi edəcəyi dünya çempionatının məkanı açıqlandı
İdman 09:38 / 14.03.2023

Paytaxtımızın ev sahibliyi edəcəyi taekvondo üzrə dünya çempionatının keçiriləcəyi məkanın adına aydınlıq gəlib. Mayın 29-dan iyunun 4-dək təşkil olunacaq yarış Bakı Kristal Zalında baş tutacaq.

Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio paytaxta işgüzar səfər zamanı turnirə hazırlıq işləri ilə yerində tanış olub və ATF rəhbərliyi ilə müzakirələr aparıb.

O, gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunsa da, sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib.

Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley Bakıda qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.


913 oxunub

InvestAZ