XƏBƏR LENTİ
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



“Murov” liderliyini davam etdirir
İdman 23:11 / 02.02.2023

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun oyunları keçirilib. Turun açılış matçında "Murov" komandası "Neftçi" ilə qarşılaşıb. Oyun "Murov”un qələbəsi ilə başa çatıb - 3:1 (25:22, 25:22, 16:25, 25:21). Turun son oyunu isə MOİK və "Xarı bülbül” komandaları arasında keçirilib. Voleybol Mərkəzində keçirilən qarşılaşma Şuşa klubunun 25:21 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin baş məşqçi olduğu kollektiv 25:22 hesabı ilə qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən "Xarı bülbül” 25:18 və 25:21 hesabı ilə qələbə qazanıb - 3:1.

Beləliklə, II dövrənin ilk turundan sonra "Murov” 12 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik "Xarı bülbül” ikinci, 6 xal olan "Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə sonuncu pilləni tutur.


22101 oxunub

InvestAZ