XƏBƏR LENTİ
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



Taekvondoçularımız Türkiyədə iki yarışda mübarizə aparacaqlar
İdman 13:27 / 02.02.2023

Taekvondo üzrə Azərbaycan millisi ilin ilk sınağına Türkiyədə çıxacaq. Yığmamız fevralın 4-9-da İstanbulda təşkil olunacaq beynəlxalq "Prezident Kuboku”nda, 10-14-də isə açıq Türkiyə çempionatında mübarizə aparacaq. Baş məşqçi Reza Mehmandost və böyük məşqçi Elnur Amanov qonşu ölkədə 16 taekvondoçuya şans verəcək.

Hər iki turnirdə Səyyad Dadaşov, Rahid Vəliyev, Adil Eyvazov (hər üçü 54 kq), Qaşım Maqomedov, Ruslan Seyidov, Sədri Həmidreza (hər üçü 58 kq), Xanoğlan Kərimov (63 kq), Yaşar Məmmədli, Nizami Hacıyev (hər ikisi 68 kq), Cavad Ağayev, Eltac Qafarov, Vaqif Hacıyev (hər üçü 74 kq), Əliəskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 80 kq), Taleh Süleymanov (87 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) dayanq üzərinə çıxacaqlar.

"Prezident Kuboku”nda hakimlər sırasında Ramal Camalovla Aygül Abdullayeva da yer alacaq. Türkiyə açıq çempionatında isə Abdullayeva ilə yanaşı, Gündüz Abdullayev, Coşqun Nadirov və Elşad Məmmədov da referi kimi döyüşləri idarə edəcəklər. Milli ayın 14-də isə Vətənə qayıdacaq.


19003 oxunub

InvestAZ