XƏBƏR LENTİ
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026
10 Fevral 2026
09 Fevral 2026



FİFA Seneqalın sevincinə mane oldu
İdman 13:19 / 02.12.2022

FIFA İntizam Komitəsi Seneqal Futbol Federasiyasını 10 min İsveçrə frankı məbləğində cərimələyib. Buna Seneqal millisinin Qətərdə keçirilən dünya çempionatında media ilə bağlı reqlamentin müddəalarını pozması səbəb olub.
Yığmanın oyunçularından heç biri Ekvadora 2:1 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin III tur matçından əvvəl mətbuat konfransına qatılmayıb.
Qeyd edək ki, A qrupunu 6 xalla ikinci sırada başa vuran Afrika təmsilçisi 1/8 finalda İngiltərə ilə üz-üzə gələcək.


33255 oxunub

InvestAZ