İdman 21:25 / 05.03.2026
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin iştirakı ilə media nümayəndələri üçün brifinq təşkil olunub.
Olimpiyadunyasi.com Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşün əsas məqsədi Azərbaycanın idman sahəsindəki fəaliyyəti, beynəlxalq yarışlara hazırlıq prosesi və qarşıda duran strateji hədəflər barədə ictimaiyyəti məlumatlandırmaq olub.
Brifinq zamanı Çingiz Hüseynzadə ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlardan bəhs edib.
Vitse-prezident qeyd edib ki, MOK-un fəaliyyəti həm peşəkar idmanın inkişafına, həm də ölkəmizdə Olimpiya Hərəkatının daha geniş təbliğinə yönəlib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərin çoxsaylı suallarını ətraflı cavablandırıb.