Yeniyetmə cüdoçularımız Avropa Kubokunda çıxış edəcəklər
İdman 16:31 / 05.03.2026
Martın 7-8-də mart Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçiriləcək yarışda ölkəmiz 10 çəki dərəcəsində 22 cüdoçu (3 oğlan, 19 qız) ilə təmsil olunacaq. Oğlanların yarışında Fərid Rzazadə (-50 kq), Ülvi Cəlilzadə (-50 kq) və Mehdi Məhəmmədəli (-81 kq) tatamiyə çıxacaq. Qızların mübarizəsində isə Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi -40 kq), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva, Ayan Həsənli (hamısı -44 kq), Könül Eyvazlı, Fatimə Fərmanzadə (hər ikisi -48 kq), Tövsiyyə Babayeva, Məleykə Mürsəliyeva (hər ikisi -52 kq), Səma Vəlizadə, Yağmur Əhmədzadə (?Səmayə Yusifli (hamısı -57 kq), Zilan Hüseynli, Pəri Məmmədli, Türkan Məmmədli (hamısı -63 kq), Məsumə Məmmədli, Rəna Əhmədova (-70 kq) və Zemfira Əliyeva (+70 kq) çıxış edəcək.
Milli komandamıza yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Turnirdə 22 ölkədən 578 idmançı (342 oğlan, 243 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.
493 oxunub