Çempionlar Liqası: növbəti mərhələyə vəsiqə qazanan bütün iştirakçılar müəyyənləşdi
Futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.
İkinci oyun günündə təşkil olunan 10 oyundan sonra növbəti mərhələyə vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib. Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Azərbaycanın "Qarabağ” klubu da iki oyunun nəticəsinə görə (0:3, 1:0) növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 5-6-da və 12-də təşkil olunacaq.
Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarında qeydə alınan nəticələri təqdime edirik:
"Qarabağ" - "Şelburn" - 1:0 (ilk oyun - 3:0);
"Malmö" - RFŞ - 1:0 (4:1);
FCSB - "Şkendiya" - 1:2 (0:1);
"Ludoqorets" - "Riyeka" - 3:1 (əlavə vaxtda) (0:0);
"Ferentsvaroş" - "Noah" - 4:3 (2:1);
"Makkabi" (Təl-Əviv) - "Pafos" - 0:1 (1:1);
"Panatinaikos" - "Reyncers" - 1:1 (0:2);
"Breydablik" - "Lex Poznan" - 0:1 (1:7);
"Zalsburq" - "Brann" - 1:1 (4:1);
"Servett" - "Viktoria Plzen" - 1:3 (1:0).
476 oxunub