XƏBƏR LENTİ
02 Avqust 2025
01 Avqust 2025
31 İyul 2025
29 İyul 2025
27 İyul 2025
26 İyul 2025
25 İyul 2025
24 İyul 2025
22 İyul 2025
21 İyul 2025



Elçin Quliyev yenidən Azərbaycan Atçılıq Federasiyasının prezidenti seçilib - FOTO
İdman 11:19 / 25.01.2024

Yanvarın 24-də Azərbaycan Respublikası Atçılıq Federasiya­sının hesabat-seçki konfransı keçirilib. Tədbirdə federasiyanın prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak ediblər.

Əvvəlcə 2023-cü ilin idman yekunları haqqında hesabat məruzəsi ilə çıxış edən fe­de­­rasiyanın baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, bey­­nəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Ardınca il ərzində əldə olunmuş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Elçin Qu­liyev, Fə­rid Qayı­bov, Çingiz Hüseynzadə təltif ediblər.

Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının rəhbərliyinə yeni seçki keçirilib. Elçin Quliyev yenidən növbəti müddətə federasiyanın prezidenti seçilib. Federasiya prezidenti çıxış edərək yenidən etimad göstərildiyi üçün təşəkkür edib və bundan sonra görüləcək işlər, yeni planlar barədə məlumat verib. Tədbirin sonunda gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hü­seynzadə çıxış edərək federasiya rəhbərliyinə uğurlar arzulayıblar.




13555 oxunub

InvestAZ