XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



MOK-un vitse-prezidenti Özbəkistan nümayəndə heyəti ilə görüşüb
İdman 12:33 / 20.09.2022
Sentyabrın 19-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Özbəkistan nümayəndə heyəti ilə görüş olub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Özbəkistan idmanının inkişafı nazirinin müavini Murad İsmayilovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Özbəkistan Respublikası Prezident Administrasiyası, Hesablama Palatası və Maliyyə Nazirliyinin rəhbər işçilərinin təmsil olunduğu nümayəndə heyətinin üzvləri MOK-un fəaliyyəti ilə maraqlanıblar.
M.İsmayilov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığına əsasən idmanın inkişafı ilə bağlı qonşu ölkələrin təcrübəsini araşdırdıqlarını bildirib.
MOK-un vitse-prezidenti Ç.Hüseynzadə maliyyə mənbələri, idmançılar üçün nəzərdə tutulan təqaüdlər və sosial güzəştlər haqda qonaqlara məlumat verib. MOK-un 30 ildə reallaşdırdığı beynəlxalq proqramlar, layihələr və onların nəticələrindən danışıb.
Özbəkistan nümayəndə heyəti MOK-un vitse-prezidentinə xüsusi hədiyyə təqdim edib. MOK-un baş katibi Azər Əliyev, İdman idarəsinin müdiri Həsənağa Rzayev, Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırovun da iştirak etdiyi görüşün sonunda xatirə fotosu çəkilib.

31715 oxunub

InvestAZ