XƏBƏR LENTİ
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Stolüstü tennisçimiz beynəlxalq turnirə uğurla başladı
İdman 10:47 / 20.09.2022
Tbilisidə stolüstü tennis üzrə "WTT Youth Contender” turniri keçirilir. Yeniyetmələrdən ibarət millimiz yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur. Turnir oğlanların mübarizəsi ilə başlayıb.
Yarışın ilk günündə 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb. Səkkizdəbir finalda İran idmançısı Seyedsina Horeyşianı üstələyən A.Əhmədzadə adını dörddəbir finala yazdırıb.
Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarıqlarını göstərəcəklər.

25027 oxunub

InvestAZ