XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Misli Premyer Liqası: Yeddinci tura 2 oyunla start veriləcək
İdman 12:41 / 16.09.2022
Bu gün futbol üzrə Misli Premyer Liqasında yeddinci turun oyunlarına start veriləcək. Turun ilk oyun günündə 2 qarşılaşma təşkil olunacaq. Əvvəlcə turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Turan Tovuz" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Hazırda paytaxt klubu 13 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Bölgə təmsilçisi isə 10 xalla dördüncüdür. Komandalar bunadək Premyer Liqada üz-üzə gəlməyiblər.
Günün digər oyununda isə 15 xalla turnir cədvəlində ikinci pillədə yer alan "Neftçi" 5 xalla 7-ci sırada qərarlaşan "Səbail"in qonağı olacaq.
Komandalar indiyədək ölkə çempionatında 19 dəfə qarşılaşıblar. Bunların 14-də "Neftçi", 2-də isə "Səbail" qələbəyə sevinən tərəf olub. 3 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbətində də "Neftçi”nin aşkar üstünlüyü var - 41:11.
Sentyabrın 17-də "Qəbələ" - "Sumqayıt" oyunu, bir gün sonra isə "Kəpəz" - "Şamaxı" və "Zirə" - "Qarabağ" matçları təşkil olunacaq.

1515 oxunub

InvestAZ