XƏBƏR LENTİ
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Konya-2021: Təmsilçilərimiz bu gün 6 idman növündə mübarizə aparacaq
İdman 10:33 / 09.08.2022
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir. Bu gün Azərbaycan təmsilçiləri 6 idman növündə mübarizə aparacaqlar. Atletika yarışlarında 4 idmançımız - Nazim Babayev, Aleksis Kopello üçtəkanla tullanma, Yekaterina Sariyeva və Yelena Pextireva uzunluğa tullanma üzrə final yarışlarında çıxış edəcəklər.
Taekvondo yarışlarında isə Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq), Səyyad Dadaşov və Qaşim Maqomedov (58 kq) dayanq üzərinə çıxacaqlar.

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq. Komandamızın rəqibi Əfqanıstan millisi olacaq. Kişi voleybolçulardan ibarət millimiz isə A qrupunun oyunları çərçivəsində Sudan millisini sınağa çəkəcək.

Stolüstü tennis üzrə millimiz komanda yarışlarında Banqladeş, İran və Mavritaniya yığmaları ilə üz-üzə gələcək.

Paraüzgüçülük yarışlarında isə Könül Süleymanova 50 metr məsafayə sətbəst və 100 metr məsafəyə brass üsulla üzgüçülükdə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan millisinin hesabında hələlik 1 qızıl medal var. Yeganə medalı komandamıza atletimiz Anna Skidan çəkicatma yarışlarında qazandırıb.

26486 oxunub

InvestAZ