XƏBƏR LENTİ
02 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026



Komandalarımız bu gün olimpiadada Ukrayna və Kuba yığmaları ilə qarşılaşacaq
İdman 10:08 / 02.08.2022
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu gün keçiriləcək 5-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Nicat Abasov) Kuba, qadın yığmamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva) isə Ukrayna şahmatçıları ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, qadın şahmatçılarımız ötən turların hamısında qələbə qazanaraq 8 xalla ilk pillədə qərarlaşıb. Kişilərdən ibarət komandamız isə (3 qələbə, 1 heç-heçə) 7 xalla 8-ci sıradadır.
Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparırlar.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

31007 oxunub

InvestAZ