XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qrossmeysterimiz "Chessable Masters" turnrində mübarizəyə başlayır
İdman 12:12 / 19.05.2022
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayacaq. Zəka sahibimiz "Chessable Masters" adlanan turnirin I turunda qara fiqurlarla kanadalı Erik Hansenlə üz-üzə gələcək.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.

41843 oxunub

InvestAZ