XƏBƏR LENTİ
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Kapoeyraçılarımız beynəlxalq turnirdə 14 medal qazandılar
İdman 15:16 / 17.01.2022
Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yanvarın 14-16-da Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə 14 medal qazanıb.
Turnirə 16 idmançı ilə qatılan yığmamız medal sayına görə komanda hesabında ikinci yeri tutub.
Uşaq kateqoriyalarında Fəxri Məmmədəlizadə, Cavidan Pənahlı, Şəms Rəhimzadə birinci yeri tutublar. Qabil Vəliyev, Rəsul Muradlı, Maksim Okolokulak, Əli Məmmədli ikinci, Kənan Abdullayev və Cavadxan Məmmədzadə isə üçüncü olublar.
Böyüklər kateqoriyasında Fərid Allahverdiyev (82 kq) qızıl medal qazanıb. Oxçu Şahmuradov (+82 kq) və Xuraman Ramazanova (+60 kq) gümüş, Fərid Səlimov (70 kq) və Elsevər Heydərov (82 kq) bürünc medallara layiq görülüblər.
Yarışların idarə olunmasında ölkəmizi Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmbəyov təmsil ediblər.


30941 oxunub

InvestAZ