XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Jurnalistlərə GPS-lə nəzarət ediləcək
Olimpiya oyunları 13:51 / 09.06.2021
Yaponiya hakimiyyət orqanları Olimpiada zamanı koronavirusun yayılmasının qarşısını almaq üçün Tokioya gələn jurnalistlərin hərəkətinə GPS vasitəsilə nəzarət edəcək.
Bu barədə Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin sədri Seyko Haşimoto iyunun 8-də bəyan edib.

S.Haşimoto qeyd edib ki, xarici mətbuat üçün ayrılacaq mehmanxana yerlərinin sayı təqribən 350-dən 150-dək azaldılıb. Bu, jurnalistlərin daha sıx və əlaqələndirilmiş şəkildə hərəkətinə imkan yaradacaq.
Təşkilat komitəsinin sədri bildirib ki, xarici jurnalistlər Yaponiyaya gəldikdən sonra iki həftə ərzində onlara ictimai nəqliyyatdan istifadə qadağan ediləcək, şəhərdə işçi səfərlər isə yalnız əvvəlcədən müəyyən edilmiş yerlərə komitənin əməkdaşlarının nəzarəti ilə həyata keçiriləcək.
Tokio-2020-nin təşkilat komitəsinin baş katibi Toşiro Muto iclasdan sonra təşkil edilmiş mətbuat konfransında bildirib ki, xarici jurnalistlərin hərəkətinə nəzarət, onun fikrincə mətbuat azadlığının məhdudlaşdırılması ilə əlaqələndirilməməlidir. T.Muto əlavə edib ki, GPS vasitəsilə nəzarət Yaponiyaya gəldikdən 14 gün sonra arardan qaldırılacaq.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ildə keçirilməli idi, lakin koronavirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Martda təşkilatçılar əcnəbi azarkeşlərin yarışlara buraxılmaması barədə qərar qəbul ediblər. Yapon tamaşaçılara gəlincə isə bu barədə qərar ölkədə koronavirusla bağlı vəziyyəti nəzərə almaq şərti ilə iyunda qəbul ediləcək.

25861 oxunub

InvestAZ