XƏBƏR LENTİ
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026



Çempionlar Liqası: Son finalçılar bu dəfə1/4 finalda üz-üzə gələcək
İdman 12:20 / 07.04.2021
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində daha 2 oyun keçiriləcək. Gecənin ən maraqlı görüşü Almaniyada turnirin son finalçıları "Bavariya" ilə PSJ arasında olacaq.
Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen təmsilçisində Robert Levandovski, Duqlas Kosta, Mark Roka, Korenten Tolisso zədə, Serj Qnabri isə koronavirusa yoluxduğu üçün meydana çıxa bilməyəcək. Qonaqlarda Leven Kürzava və Mauro İkardi zədəli, Leandro Paredes cəzalıdır. Marko Verratti və Alessandro Florentsidə isə koronavirus aşkarlanıb. Danilonun isə oynayıb-oynamayacağı bilinmir.
Gecənin digər oyunu İspaniyada olacaq. 1/8 finalda İtaliyanın "Yuventus" klubunu mübarizədən kənarlaşdıran Portuqaliyanın "Portu" komandası pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə İngiltərənin "Çelsi" klubunu "Ramon Sançes Pisxuan" stadionunda qəbul edəcək. Nominal meydan sahiblərinin heyətində Məhəmməd Mbaye zədəli, Serjiu Oliveyra və Mehdi Taremi cəzalı olduqları üçün oynamayacaqlar. London təmsilçisində yeganə itki zədəli Nqolo Kantenin yoxluğudur. Kristian Pulişiçin meydana çıxıb-çıxmayacağı isə sual altındadır.
Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 14-də gerçəkləşəcək.

33681 oxunub

InvestAZ